İncəsənət – insanın daxili gözəlliyinin ən yüksək təzahürüdür. İncəsənət adamları isə əbədi gözəllikdə yaşayan, öz dünyaları ilə başqalarından fərqlənən, daim gözəllik yaradan kəslərdir. Musiqi, kino, rəssamlıq, güllər, gözəlliyi bir sözlə, bir adla ifadə edək – Suğra Bağırzadə! Şərqlə Qərb mədəniyyətinin, qərb rasionalizmi ilə şərq həssaslığının qovuşuğunda böyüyən Suğra hələ kiçik yaşlarından incəsənətə hədsiz maraq göstərirdi. Gələcək həyatının, gələcək taleyinin incəsənətə bağlanması musiqidən - 1959-cu ildən başlandı. Sovet dövlətinin paytaxtı Moskva şəhərində Böyük Teatrda Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Azərbaycan mədəniyyətini təmsil edənlərdən biri də «Cücələrim» uşaq mahnı və rəqs ansamblı idi. Bu bayramda 12 yaşlı Suğranın çiyinlərinə böyük məsuliyyət düşmüşdü. Çünki Suğra «Cücələrim»in solo ifaçısı idi. Azərbaycan layiqincə təmsil olundu, «Cücələrim» alqış sədaları altında neçə dəfə səhnəyə çağırıldı, Suğra Bağırzadənin ifası isə «Ən yaxşı uşaq səsləri» valına daxil edildi. Suğranın bu uğuru çətin incəsənət yolunda ilk pillə, ilk addımı oldu. Bu istedadlı gənc qızı «Azərbaycanfilm» kinostudiyasına dəvət etdilər. Dünya kinosunun yüzdən artıq qəhrəmanı onun səsi ilə Azərbaycan dilində danışdı. Azərbaycan Neft Akademiyasının Plastik kütlələrin emalı fakültəsini bitirən Suğraya tezliklə «Azərbaycanfilm» kinostudiyasında mühəndis vəzifəsi təklif edildi. 1990-cı il. Yeni mərhələ, yeni addım, yeni uğur. Anası Məleykə xanım təbiətin ən zərif, ən cazibədar övladları olan gülləri hədsiz sevirdi. Suğranın güllərə olan marağı və məhəbbəti də ona anasından keçmişdi. Əvvəlcə bu bir hobbi idi, sonradan isə bu həvəs Suğra xanımın daxili dünyasını, düşüncələrini, dünyaya baxışını ifadə etmək üçün bir vasitəyə çevrildi. FLORİSTİKA. Bu da onun yeni uğuru idi. Ömrüaz güllərin ömrünü uzatmaq, onları əbədiləşdirmək. Güllərdən ibarət mürəkkəb kompozisiyaların yaradılmasında ona peşəsi - mühəndis və kimyaçı olması çöx kömək olur. Mövzudan asılı olaraq işlərində rəngli boyalardan istifadə edir. Əsərlərini tər güllərdən və müxtəlif kimyəvi tərkiblərin köməyilə ərsəyə gətirən rəssamın 15 il əvvəl hazırladığı ilk işi bu günədək olduğu kimi qalıb. Özünün dediyi kimi, «sənətimin ecazkarlığı ilkin gözəlliyi qorumaqdan ibarətdir». İncəsənət öz fədakarlarından hərtərəfli fəaliyyət, daim aydın fikir və özünü bütünlüklə sənətə həsr etməyi tələb edir. Suğra xanım bunun öhdəsindən asanlıqla gəlir, o həmişə gərgin fəaliyyətdədir. 2003 – 2004 – cü illərdə «Sonuncu şahid» televiziya filmində Selcan roluna çəkilir. 2005 – ci ilin may ayında bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunan Gül bayramında iştirak edir. Müxtəlif beynəlxalq sərgilərdə, mötəbər tədbirlərdə çıxış edərək Azərbaycanı uğurla təmsil edir. 2004-cü ilin avqustunda Latviyanın paytaxtı Riqa şəhərində Ümumdünya Floristika Şurasının XXI illik sammiti keçirilirdi. 9 ölkənin – Yaponiya, Hollandiya, İndoneziya, ABŞ, Sinqapur, Malaziya, Cənubi Koreya, Honkonq və Azərbaycanın iştirak etdiyi tədbirdə Azərbaycanı Suğra xanım təmsil edirdi. Gözəl xanımımız çox fəxrli mükafata - floristika sahəsində yeni professional istiqamətin yaradıcısı kimi sertifikata layiq görüldü. O, bu canrda canlı güllərdən istifadə edən yeganə dizayner-floristdir. Elə həmin ayda Sankt – Peterburqda digər bir tədbir – Peterqofun 300 illiyinə həsr olunmuş gül arancımançılarının beynəlxalq sərgisi keçirilirdi. Suğra xanım əsərlərindən ibarət sərgisini «Dost Peterburqa töhfə» adı altında nümayiş etdirirdi. Sərgidə mükafat alan 4 nəfərdən biri də Suğra xanım oldu. Ona fəxri fərman və diplomdan başqa Ağ evdəki vazanın imitasiyası təqdim edildi. Hazırda isə Suğra Bağırzadənin beş ulduzlu Avropa mehmanxanasının Cavier restoranında daim fəaliyyətdə olan sərgisi asılıb. Əsərləri vaxtaşırı dəyişdirilməklə sərgidə hər dəfə 14 əsəri nümayiş olunur. Xaricdən gələn qonaqlar burada Azərbaycan mədəniyyəti, Azərbaycan floristikası ilə canlı ünsiyyətdə olurlar. Suğra Bağırzadə daim ictimaiyyətin diqqət mərkəzindədir, onun hərtərəfli fəaliyyətini, yeni uğurlarını sənətsevərləri media vasitəsilə maraqla izləyir. Suğra xanım haqqında yazılan məqalələrin ümumi sayını verməyə çətinlik çəkirik. Bu istedadlı aktyor, oricinal dəst – xətti olan rəssam, gözəl insan haqqında «Qobustan» (4.2001, 4.2004), «Azerbaican İnternational» (1997), «Exo» (23.09.2004) qəzetlərində bir-birindən maraqlı məqalələr yazılıb. «MİR» telekanalı Zaqafqaziyanın ən maraqlı insanları silsiləsində Azərbaycan haqqında danışarkən Suğra Bağırzadənin yaradıcılığına müraciət etmişdi, rəssama həsr olunmuş veriliş hazırlamışdı. Türk aləmində tanınmış 30 ən məşhur şəxs haqqında xüsusi buraxılış hazırlayan «Bayatı» curnalı 2004-ci ildə Suğra Bağırzadə şəxsiyyəti və sənətini ayrıca vurğulamışdı. Suğra xanım haqqında maraqlı yazı dərc etməklə yanaşı, curnalın bu nömrəsində istənilən səhifəni açsaq Suğra xanımın əsərlərinə rast gəlmək mümkündür, sanki Suğra Bağırzadənin GÜLLƏRİ bu dərgiyə səpələnmişdir. Qeyd etmək istəyirik ki, «Bayatı» curnalı dünyanın 30 ölkəsinə göndərilir. 2002 - ci ildə nəşr olunan «XX əsr Azərbaycan qadınları» ensiklopediyasında Suğra Bağırzadənin adı fəxrlə çəkilir. Suğra Bağırzadə Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, Baltikyanı ölkələr və MDB-nin Kinematoqrafçılar Konfederasiyasının, 2003-cü ildən isə nüfuzlu beynəlxalq təşkilat olan Ümumdünya Floristika Şurasının Azərbaycanı təmsil edən ilk və yeganə üzvüdür. Bu gün Suğra xanım televiziya verilişlərində fəal çıxış edir, müxtəlif filmlərə, kliplərə çəkilir, interyer və toy mərasimlərinin bəzədilməsi kimi gözəl zövq və məsuliyyət tələb edən bir işlə məşğul olur, filmlərin səsləndirilməsində iştirak edir, nəhayət, özü kimi gözəl və təravətli gülləri bizlər üçün əbədiləşdirir.



Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikasının əməkdar artisti"
Bağır-zadə Suğra Sadıq qızı


Müsahibə

Beynalxalq Sertifikatlar


Sertificate of Appreciation

Sertificate of Appreciation

Sertificate of Appreciation

Sertificate of Appreciation

Sertificate of Appreciation

Sertificate of Appreciation

Sertificate of Appreciation

Sertificate of Appreciation

Sertificate of Appreciation

En collabaration avec In conjunction with Ville de Nice, France
The City of Nice, France
October 4-7 octobre, 2007


Fransaya Səyahət

Malaziya Səyahət

Yaponiyaya Səyahət

Mənim Vətənim

XI Baku International film festival "East West"



World Flower Council 28th Summit