Suğra Bağırzadə təbii materiallar üzərində iş zamanı özünəməxsus metodikadan istifadə edir. Kompozisiyaların yaradılması üçün təbii güllər, ağac kökləri, saman və digər bitki materiallarından istifadə olunur. Onlar poliviniasetat yapışqan əsasında hazırlanmış qarışıqla emal olunur. Güllərin son qurudulması hazır kompozisiyada baş verir. Bəzi bitkilər ilkin işləmə zamanı öz təbii rənglərini itirir, buna görə də onların bərpası üçün xüsusi yağlı boyalardan, temprdən və akvareldən istifadə olunur. Rəsmlərin əsasını faner, DSP, kətan, kağız, qum, duz təşkil edir. Bəzən kompozisiyaların tamlığını göstərmək üçün fon boyalarla işlənir.